Avq 12, 2020 15:00 Asia/Baku
  • İran filmi Yunanıstanın Sənədli Film Festivalının mükafatçısı olub

Yunanıstanda keçirilən İerapetra Sənədli Film Festivalında İranın "Kiyarostəmi və itmiş çəlik" filmi ən yaxşı sənədli film nominasiyası üzrə qalib olub.

SəhərAzəri xəbər verir, Mahmudrza Saninin çəkdiyi "Kiyarostəmi və itmiş çəlik" filmi Yunanıstanın İerapetra Bəynəlxalq Film Festivalının müsabiqə bölməsində iştirak edib və ən yaxşı sənədli film mükafatına layiq görülüb.

İerapetra Beynəlxalq Sənədli Film Festivalı koronavirus pandemiyası səbəbindən seçilmiş əsərləri vebsayt kanalı vasitəsilə nümayiş etdirib və beləliklə 173 yunanlı və xarici film onlayn şəkildə istifadəçilər və bu kino hadisəsinə maraqlı olanlar tərəfindən izlənilib.

Uzun metrajlı "Kiyarostəmi və itmiş çəlik" filmi İranın mərhum rejissoru Abbas Kiyarostəminin həyata və kinoya baxışından bəhs edir.

Bu film Rusiyanın Avrasiya, Uruqvayın Salto və ABŞ-ın Yaşıl Dağ və qızıl qlobus festivallarında nümayiş etdirilib və ən yaxşı film nominasiyası üzrə mükafatlandırılıb.

Teqlər

Şərhlər