Avq 15, 2020 12:27 Asia/Baku
  • Təxti Rəvançı:

İranın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının (TŞ) ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnaməsinə mənfi rəyini bu ölkənin beynəlxalq arenada təcrid olunması kimi dəyərləndirib.

Səhər Azəri bildirir ki, ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnamə layihəsi BMT-nin Təhlükəsizlik Şurasında 11 bitərəf, iki lehinə və iki əleyhinə səslə təsdiq edilməyib.

Beləliklə də Əhatəli Müştərək Təşəbbüs proqramına əsasən, İrana qarşı silah embarqosunun müddəti cari ilin oktyabr ayında sona çatacaq.

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxti Ravançi bu gün İRNA-ya verdiyi müsahibəsində, amerikalıların bu qətnamənin səs toplaya bilmədiyi təqdirdə 2231 saylı qətnamə çərçivəsində tətik mexanizmindən istifadə edəcəkləri ilə bağlı iddialarına toxunub və deyib: "Təhlükəsizlik Şurasının (TŞ) ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnaməsinə mənfi rəyi, Vaşinqtonun tətik mexanizmi ilə bağlı iddialarının absurd və əsassız olduğunun göstəricisi də hesab olunur".

"Bu günkü səsvermə ABŞ-ın 2231 saylı qətnamədən sui-istifadə siyasətinin benəlxalq müstəvidə nə qədər məqbul olduğunu gəstərdi", -deyə Təxti Rəvançi əlavə edib.

ABŞ-ın Nüvə Anlaşmasından çıxmasına və İran xalqına qarşı ən sərt sansiyalar tətbiq etməsinə toxunan İranın BMT-dəki daimi nümayəndəsi qeyd edib ki, ABŞ beynəlxalq hüquq normalarına və TŞ-nin qərarlarına əsla hörmət etmir, çünki 2231 saylı qətnamə BMT-nin Təhlükəsizlik Şurasında konsensus yolu ilə təsdiq edilib və ABŞ-dan başqa bu şura üzvlərinin əksəriyyəti onun icrasını dəstəkləyirlər.

Təxti Rəvançi vurğulayıb: "Buna əsasən, ABŞ-ın tətik mexanizmindən istifadə ilə bağlı iddiasının heç bir hüquqi və siyasi əsası yoxdur və onların nəticəsiz səyləri ABŞ-ın təcridini daha da gücləndirəcəkdir".

Teqlər

Şərhlər