İyul 11, 2025 15:21 Asia/Baku
  • Qalibaf: Milli birlik müharibənin ən mühüm nailiyyəti idi

İran İslam Şurası Məclisinin sədri bildirib ki, düşmənlər daim İran xalqının milli birliyindən nigarandırlar. Qeyd edib ki, milli birlik, müharibənin ən mühüm nailiyyəti idi.

Məhəmməd-Baqir Qalibaf bir televiziya söhbətində əlavə edib: İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı bir neçə saat ərzində hərbi qüvvələri şokdan çıxardı. O həzrət əlli doqquzuncü günəş ilində olduğu kimi, müharibə otağında idilər və məsələni əyani şəkildə komandanlara izah etdilər.

Təyin edilən komandanlar layiqli və şəhid komandanlar kimidirlər. Onlar dərhal meydana girdilər və düşmənin hücumlarından on yeddi saat sonra sionist rejimə tərəf yüz əlli raket atdılar- deyən Qalibaf söyləyib: Əgər nailiyyətlərə işarə etmək istəsək, onun ölkə daxilindəki ən mühüm nailiyyəti, yaranan birlik idi. Yəni, bu gün daha İslam Respublikasının sərt özəyi, doxsan milyon nəfərdir. Bu, bizim üçün mühümdür. Bu, təkcə İran cəmiyyəti üçün deyildi. Eyni hadisə İslam ümmətində və bəşəriyyətdə də baş verdi