İyul 11, 2025 12:01 Asia/Baku
  • İraqçı: İran izzət, məntiq və qarşılıqlı hörmət əsasında müzakirə aparır

İran daim göstəribdir ki, prinsipial şəkildə izzət, məntiq və qarşılıqlı hörmət əsasında müzakirə aparır. Bunu, İran xarici işlər naziri Fransanın “Le Monde” qəzeti ilə ətraflı müsahibədə vurğulayıb. Bildirib ki, diplomatik yollarla əlaqə və mübadilələr daim mövcuddur.

Seyid Abbas İraqçı deyib: Amerikanın İranın MAQATE-nin nəzarəti altında olan nüvə təsisatlarına qarşı hücumu zamanı bu təsisatlara ciddi ziyan dəyib. Biz hazırda dəymiş zərəri araşdırırıq.

Bir proqramın məhv edildiyi və hazırda bir xalqın məqsədi, enerji, tibb, dərman, kənd təsərrüfatı və inkişaf ehtiyaclarının təmini olan dincməqsədli nüvə proqramlarının dayandırılması qərarına gəlməsi iddiası, hesablama xətasından irəli gəlir- deyən İraqçı vurğulayıb ki: Özünü bilik zirvəsinə çatdıra bilmiş bir xalqın iradəsi məhvediləsi deyil. Əvəziçıxılmaz məsələ, əslində nüvə silahlarının yayılmaması sisteminə zərbədir.

İraqçı əlavə edib: İran daim göstəribdir ki, prinsipial şəkildə izzət, məntiq və qarşılıqlı hörmət əsasında müzakirə aparır.

Diplomatiya ikitərəfli bir yoldur və müzakirələri kəsib, hərbi hücuma üz tutan, məhz Amerika idi- deyən İraqçı bildiribdir ki: Diplomatik yollarla əlaqə və mübadilələr daim mövcuddur. Hazırda da bəzi dost və ya vasitəçi ölkələr yolu ilə diplomatik əlaqə xətti bərqərardır.

İran xarici işlər naziri deyib: Donald Tramp iddia edir ki, İnqilabın Ali Rəhbəri Ayətullauluzma Əli Xameneini ölümdən xilas edib. O, uran zənginləşdirəcəyi təqdirdə, İranı yeni hücumlarla hədələyir

Amerika böyük əxlaqi dəyərləri rəvac verəcəyi zaman böyük olacaq. İran İslam İnqilabının Ali Rəhbəri, bir siyasi şəxsiyyətdən daha geniş şəkildə, ölkənin əsas qanununda özünəməxsus bir mövqeyə malikdir. Bu qanunu İran xalqının əksər hissəsi özünün birbaşa rəyi ilə qəbul edib. Biz müharibə ilə təhdid etməklə, xalqımızın iradəsinin əlindən alınmasına icazə verməyəcəyik. Eyni zamanda, İsrail öncədən təyin etdiyi hədəflərin və etdiyi iddianın əksinə olaraq, qələbə əldə etməyib- deyə, İran xarici işlər naziri vurğulayıb.