Avq 28, 2020 12:59 Asia/Baku
  • Sionist rejim NPT-yə qatılmağa məcbur edilməlidir

İranın BMT-dəki səfiri, ABŞ və sionist rejimin nüvə silahı olmayan Yaxın Şərqin həyata keçirilməsindəki rollarını dağıdıcı adlandırıb.

SəhərAzəri xəbər verir, İranın BMT-dəki daimi nümayəndəsinin müavini və səfiri deyib: Dünya ictimaiyyəti sionist rejimi NPT müahidəsinə qatılmağa məcbur etməlidir.

Eshaq Ale-Həbib cümə axşamı günü Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsinin imzalanmasının ildönümü gününün xatirəsinə həsr olunmuş virtual yığılncaqda sionist rejimin regiondakı təxribatçı roluna işarə edib və belə deyib: Beynəlxalq ictimaiyyət bu rejimi qeyd-şərtsiz olaraq Nüvə Silahlarının Yaylmaması Müqaviləsi- NPT-yə qatılmağa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətini qəbul etməyə vadar etmək məsələsini yenidən nəzərdən keçirməlidir.

Amerika hökumətinin nüvə silahlarının yayılması sahəsindəki dağıdıcı rolunu tənqid edən Ale-Həbib bildirib ki, Amerika min 54 nüvə sınağı həyata keçirməklə digər nüvə ölkələri ilə müqayisədə ən çox sayda nüvə sınağı həyata keçiribdir.

İranın BMT-dəki daimi nümayəndəsinin müavini söyləyib: Dünyada ən iri nüvə cəbbəxanasına malik və nüvə silahını işlətmiş yeganə ölkə olan Amerika nəinki nüvə sınaqlarına son qoymaq və Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsinə qoşulmaq niyyətində deyil, əksinə öz nüvə cəbbəxanasını modernləşdirmək və gücləndirməkdə davam edir.

İranın BMT-dəki səfiri sonra deyib: Təəssüflər olsun ki, Amerika və sionist rejimin təxribatçı rolları kütləvi qırğın silahlarına malik olmayan Yaxın Şərqin reallaşmasına mane olubdur.

Teqlər

Şərhlər