Sen 17, 2020 19:21 Asia/Baku

İranın Vyanada yerləşən Beynəlxalq Təşkilatlardakı səfiri və daimi nümayəndəsi Atom Enerjisi üzrə Bəynəlxalq Agentliyin (AEBA) dünya səviyyəsindəki yoxlamalarının 22 faizinin İranda aparıldığını bəyan edərək, deyib: "İran AEBA üzvləri arasında ən şəffaf sülhməramlı nüvə proqramına sahibdir"

SəhərAzəri xəbər verir, İranın Vyanada yerləşən Beynəlxalq Təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazim Qəribabadi MAQATE-nin İdarə Heyətinin mövsümi iclasında etdiyi çıxışında, AEBA-nın baş direktorunun nüvə materialının qorunması ilə bağlı hesabatına İran İslam Respublikasının mövqeyini şərh edərək, deyib: "İran könüllü şəkildə mümkün təminat məsələlərinin araşdırılması üçün Agentliyin müraciətini qəbul edib". 

"İranla agentliyin hazırkı geniş səviyyəli əməkdaşlıqları asanlıqla əldə edilməyib və az sayda insanların qısa düşüncəli siyasi maraqları üçün onun zəifləməsinə icazə verməməliyik", -deyə İranın Vyanadakı Beynəlxalq Təşkilatlardakı səfiri və daimi nümayəndəsi qeyd edib.

Qəribabadi, həmçinin Agentliyin bütövlüyünü qorumaq üçün üzvlərin Agentliyə hər hansı bir təzyiq göstərməkdən ciddi şəkildə çəkinməli olduqlarını vurğulayıb.

Teqlər

Şərhlər