Sen 22, 2020 13:38 Asia/Baku
  • Zərif:

"İran müzakirə edilmiş mövzu ilə bağlı yenidən müzakirə aparmayacaq".

Səhər Azəri bildirir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Xarici Əlaqələr Şurasında etdiyi çıxışda deyib.

Əhatəli Müştərək Təşəbbüs Proqramını(nüvə anlaşmasını) pozan tərəfin ABŞ olduğuna diqqət çəkən Zərif eyni mövzu barədə yenidən müzakirənin aparılmayacağını deyib: "İran müzakirə edilmiş mövzu ilə bağlı yenidən müzakirə aparmayacaq".

ABŞ-ın Xarici Əlaqələr Şurasının düşüncə mərkəzində virtual formatda çıxış edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın həmişə beynəlxalq qanunlara hörmət etdiyini və heç bir ölkəyə hücum etmədiyini bəyan edərək, əlavə edib: "ABŞ beynəlxalq hüquq normalarını pozaraq, beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub".

Zərif Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin ilə sionist rejim arasında əlaqələrin normallaşdırılması və bu razılaşmanın İranın təcrid olmasına səbəb olduğu barədə suala cavab olaraq, deyib: "BƏƏ və Bəhreyn bundan əvvəl, sionist rejimlə əlaqə qurublar və təcrid məsələsi ilə bağlı da BMT Təhlükəsizlik Şurasına nəzər saldıqda hansı ölkənin təcrid olunduğunu görə bilərik". 

İranın xarici işlər naziri, həmçinin ABŞ-ın Tehranın Vaşinqtona qarşı kiber hücumları barədə iddiasına da münasibət bildirb. 

"Yüksək həssas nüvə təchizatlarını sıradan çıxarmaq üçün İrana qarşı bilərəkdən kiber hücum təşkil edən tərəf ABŞ-dır. Bu hərəkət minlərlə insanın həyatını təhlükəyə atırdı, bu barədə çoxlu məqalə və sənəd mövcuddur", -deyə o, əlavə edib. 

Zərif sözlərinin davamında ABŞ-ın İranın Müdafiə Nazirliyinə qarşı tətbiq etdiyi yeni sanksiyalara toxunaraq, deyib: "ABŞ tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalar yeni bir şey deyil və İran üçün əhəmiyyətli bir təsiri yoxdur".

İranın xarici işlər naziri ABŞ-ın bu hərəkətini dünyaya qarşı bir hərəkət kimi dəyərləndirib və əlavə edib: "ABŞ bacardığı qədər İrana təzyiq göstərib, Lakin həmişə məğlubiyyətlə üzləşib".

Zərif, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Qüds Qüvvələrinin şəhid komandanı general-leytenant Hacı Qasim Süleymaninin terror edilməsinə görə, İranın intiqamı barədə vurğulayıb: "ABŞ prezidenti Donald Tramp milli və regional bir qəhrəmana qarşı terror əmri verib və bu cinayət işi hələ bağlanılmayıb".

Teqlər

Şərhlər