Hörmüz boğazı İranın yeni strateji üstünlüyünə çevrilir - TƏHLİL
https://azeri.sahartv.ir/news/İran-i422994-hörmüz_boğazı_İranın_yeni_strateji_üstünlüyünə_çevrilir_tƏhlİl
İran və ABŞ arasında mümkün danışıqların gündəliyi artıq yalnız nüvə proqramı və sanksiyalarla məhdudlaşmır. Regiondakı məlum hadisələrdən sonra Hörmüz boğazı İran üçün əsas geosiyasi alətlərdən birinə çevrilməkdədir.
(last modified 2026-06-27T12:10:40+00:00 )
İyun 27, 2026 16:08 Asia/Baku
  • Hörmüz boğazı İranın yeni strateji üstünlüyünə çevrilir - TƏHLİL

İran və ABŞ arasında mümkün danışıqların gündəliyi artıq yalnız nüvə proqramı və sanksiyalarla məhdudlaşmır. Regiondakı məlum hadisələrdən sonra Hörmüz boğazı İran üçün əsas geosiyasi alətlərdən birinə çevrilməkdədir.

Mütəxəssislərin fikrincə, Hörmüz boğazı İran üçün təkcə hərbi çəkindirmə vasitəsi deyil. Bu su yolu artıq Tehranın müharibədən sonrakı ən mühüm strateji üstünlüyü hesab olunur. İran boğazın tam şəkildə əvvəlki rejimə qaytarılmasına qarşıdır və münaqişədən sonra əldə etdiyi əsas təzyiq rıçağını itirmək istəmir. ABŞ isə enerji bazarlarında risklərin azaldılmasında maraqlıdır.

Bu istiqamətdə Vaşinqton regional tərəfdaşlarına təhlükəsizlik təminatı verməyə çalışır. Belə şəraitdə gələcək danışıqların çərçivəsi də genişlənəcək. Nüvə proqramı və sanksiyaların ləğvi artıq yeganə müzakirə mövzuları olmayacaq. Dəniz nəqliyyatının təhlükəsizliyi və sərbəst gəmiçilik də əsas gündəm maddələrinə çevriləcəkdir. Bununla yanaşı, Fars Körfəzinin təhlükəsizlik arxitekturası da müzakirə ediləcək.

Bu minvalla Hörmüz boğazı enerji bazarlarına birbaşa təsir imkanını qoruyacaq. Bu isə Tehranın danışıqlar masasında mövqelərini gücləndirən amildir. Beləliklə, yaxın aylarda Hörmüz həm əsas fikir ayrılığı, həm də mümkün razılaşmaların formalaşmasında mühüm vasitə rolunu oynayacaq.