Sen 24, 2020 21:12 Asia/Baku

Müqəddəs Müdafiə həftəsinin dördüncü günündə İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Əmir Əlirza Səbahifərdin iştirakı ilə "Suruş" və " Misaq" adlı radar sistemlərinin təqdimat mərasimi keçirilib.

SəhərAzəri xəbər verir, İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-mayor Əmir Əlirza Səbahifərd sözü gedən radarların təqdimat mərasimində deyib: "Suruş layihəsi 220 kilometrdən çox mənzillə aşağı hündürlükdə uçan radarda kiçik effektiv səpələnmə sahəsinə malik olan hədəfləri aşkar edə bilən axtarış və aşkarlama radarıdır.

O, əlavə edib: "Suruş layihəsi bütün iqlim şəraitində missiyasını yerinə yetirə bilir, həmçinin elektron müharibəyə qarşı mübarizə qabiliyyəti və yüksək aktivlik bu yerli radarın digər xüsusiyyətlərindəndir".

İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı əlavə edib: "Kombinə edilmiş ağıllı Misaq sistemi birinci və ikinci radarlar və digər aşkarlama təchizatlarından məlumatları toplamaqla yanaşı, bu məlumatları birləşdirir və yüksək diqqət və sürətlə ölkənin vahid Hava Hücumundan Müdafiə şəbəkəsinə ötürür.  

"Misaq sistemi, istifadəçi və işçi qüvvəyə ehtiyac duymadan yüksək məlumatları analiz etmə qabiliyyəti ilə məlumatları toplaya, birləşdirə və emal edə bilir.

 

Teqlər

Şərhlər