Okt 18, 2020 07:18 Asia/Baku
  • İrana qarşı silah məhdudiyyətləri başa çatdı

İran İslam Respublikasına qarşı silah məhdudiyyətləri on ildən sonra bu gün, başa çatdı.

SəhərAzəri xəbər verir, Bu gün səhər saat 3-30 dəqiqədə, nüvə anlaşmasının əldə olunmasının beşinci ildönümündə İrana qarşı silah məhdudiyyətləri avtomatik surətdə başa çatdı. Beləliklə, İrandan silah ixracatı və İrana silah idxalatına qoyulmuş məhdudiyyətlər ləğv olundu, həmçinin 2231 saylı qətnamə siyahısındakı 23 nəfərin səfər məhdudiyyəti başa çatdı.

Bu məhdudiyyətlərin ləğvi elə bir halda baş veribdir ki, Amerika onların davam etməsi üçün son aylar çox səy göstərdi və bu istiqamətdə bir qətnamə layihəsini də BMT Təhlükəsizlik Şurasına təklif etdi ki, on bir tərəfsiz səs, ABŞ və Dominikan Respublikasının iki lehinə, Rusiya və Çinin isə iki əleyhinə səsi ilə qəbul edilmədi və Amerika yenə də nakam qaldı.

BMT Təhlükəsizlik Şurasının 2007-ci il mart tarixli 1747 saylı qətnaməsinə əsasən, İranın ballistik raketlərinin inkişaf etdirilməsi proqramına qarşı sanksiyalar qəbul, İrana hər cür silah idxalatı və İrandan hər cür silah ixracatı da qadağan olundu.

Ondan sonra, yəni 2010-cu ilin 9 iyun tarixində BMT Təhlükəsizlik Şurasında 1929 saylı qətnamə qəbul edildi. Ona əsasən, bütün ölkələr hər cür tank, zirehli avtomobil, hərbi təyyarə, hərbi sursat və onlarla əlaqədar hissələrin İrana köçürülməsindən çəkinməli idilər.

Teqlər

Şərhlər