Okt 18, 2020 19:15 Asia/Baku
  • Amerikada polis mənfurdur

İranın məhkəmə hakimiyyətinin sədri bildirib ki, Amerikada polis mənfurdur.

SəhərAzəri xəbər verir, O, deyibdir ki, dizi etirazçıların boynuna dirəmək və onların səslərini boğmaq qüdrət deyildir.

Seyyed Ebrahim Rəisi bu gün İran İslam Respublikasında nizam-intizam qüvvələri həftəsinin ilk günündə Tehranda keçirilən bir mərasimdə vurğulayıbdır ki, qüdrətli olmaqla/ zorakılığın tətbiq edilməsi arasında fərq var.

O, söyləyib: Mövqenin və silahın gücünün göstərilməsilə, bu gün Amerika və Avropada ədalət istəyən insanlara zorakılıq tətbiq etmək, dizi onların boynuna dirəmək və səslərini boğmaq, qüdrət deyildir.

Rəisi vurğulayıb ki, xalqı himayə etmək və onun təhlükəsizliyini qorumaq, qüdrətli polisin göstəricilərindəndir.

Teqlər

Şərhlər