Okt 29, 2020 20:06 Asia/Baku
  • İranın şimal-qərb səması ordunun hava hücumundan müdafiə qüvvələrinin nəzarəti altındadır

General Səbahifərd deyib: Qarabağ münaqişəsinin yenidən başlanmasından bəri ən yaxşı hava hücumundan müdafiə sistemlərini ölkənin şimal-qərb vilayətlərinin sərhədlərində yerləşdirmişik və bu bölgənin səmasını nəzarətdə saxlayırıq.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı briqada generalı Əlireza Səbbahifərd ölkənin şimal-qərb sərhədlərindən baxış keçirərkən deyib: Biz İslami İranın səması ilə bağlı, heç bir ölkəyə təcavüz etmək və qanunu pozmaq icazəsi verməyəcəyik. O, sonra söyləyib: Ölkəmizin şimal-qərb sərhədlərindəki hava hücumundan müdafiə bazaları İrandakı üç min 700 nöqtə kimi sutkalıq şəkildə bütün hərəkətləri izləyib, təhlil edirlər.

Teqlər

Şərhlər