Noy 20, 2020 20:31 Asia/Baku

İranın Xarici İşlər Nazirinin mətbuat katibi deyib: "Almaniya, Fransa və İngiltərədən siyasi motivlərdən əl çəkib, nüvə anlaşması çərçivəsindəki və birgə komissiyanın təsdiqlədiyi öhdəliklərinə sadiq qalmaları gözlənilir".

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Xarici işlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə cümə günü  üç Avropa ölkəsi, Almaniya, Fransa və İngiltərənin İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıqları barədə yaydığı bəyanata reaksiyada bu cür məsuliyyətsiz mövqeləri qınayaraq, deyib: "İranın sülhməramlı nüvə fəaliyyətləri tam şəkildə beynəlxalq hüquq normaları çərçivəsində, qanuni və legitimdir və İranın ayrılmaz və suveren hüquqlarına uyğun həyata keçirilir".

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi avropalıların nüvə anlaşması ilə bağlı öhdəliklərinə toxunaraq, qeyd edib ki, ABŞ-ın nüvə anlaşmasından çıxması və İrana qarşı sanksiyaları bərpa etməsi, habelə avropalıların İranın nüvə amlaşması çərçivəsində, sanksiyaların ləğvindən iqtisadi faydaları ilə bağlı ilqarsızlıqlarının davam etməsi ilə İran İslam Respublikası nüvə anlaşmasının 26 və 36-cı maddələrinə tam uyğun şəkildə addımlar atıb.

Üç avropa ölkəsi, Almaniya, Fransa və İngiltərə ABŞ-ın nüvə anlaşmasından çıxmasının təsirlərini aradan qaldırmaq üçün vəd etdiklərinə əməl etməkdən  acizliklərinə rəğmən, noyabrın 18-də bir bəyanat yayaraq, iddia ediblər ki, onların xoş niyyətinə baxmayaraq, İran nüvə anlaşmasını “ciddi şəkildə pozubdur.

Teqlər

Şərhlər