Noy 22, 2020 18:19 Asia/Baku
  • Bəsic dünya imperialistlərilə mübarizənin ön xəttidir

Sepah-ın baş komandanı vurğulayıb ki, bəsic təfəkkürünün coğrafi məhdudluğu yoxdur.

SəhərAzəri xəbər verir, O, deyib: Bu gün İslam İnqilabının qüdrəti Amerikanı öz strateji qərargahından uzaqlaşdırıbdır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Hoseyn Səlami Tehranda Sepah-ın Həzrət Muhəmməd Rəsulallah(s.ə.s.) adına komandanlıq mərkəzində bildirib ki, inqilab və quruluşun bütün məsələlərinin həllinin formulası, bəsicdir. O, qeyd edib ki, bəsicilər düşmən qarşısında təslimolmaz, möminlər qarşısında isə xidmət göstərən və təvazökardırlar.

Bəsicin mümkünsüzləri və kafirlər üzərində hökmranlıq parametrini tənzimlədiyini qeyd edən general-mayor Salami vurğulayıb: Bu gün Bəsic diskursu Yəmən, Livan, Suriya və İraqda yayılıb və Latın Amerikası və Afrikanın bəzi bölgələrinədək irəliləyibdir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı sonra belə deyib: Bizi imperialist dünyası qarşısında qələbəyə çatdıran məsələ, bəsic təfəkkürüdür. O da səbəb olubdur ki, biz bir-birinə bağlı olan güclər qarşısında qələbəyə çatmış olaq.

General-mayor pasdar Səlami bildirib ki, bu gün bəsic dünya imperializmi ilə mübarizənin ön xəttidir. O, sonra söyləyib: Düşmənin baş qaldırdığı hər bir yerdə bəsic düşüncəsi heç bir coğrafi məhdudiyyət olmadan onun qarşısında dayanıb və dünya müsəlmanlarının namusu və heysiyyətini müdafiə edibdir. Bu bəsic təfəkkürü düşmənin məhvə doğru getməsinin amilidir.

Teqlər

Şərhlər