Fev 24, 2017 12:48 Asia/Baku
  • Şeyx Sərdar Hacıhəsənli
    Şeyx Sərdar Hacıhəsənli

Bakı müxbirimiz xəbər verir ki, Ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov müvəkkili barədə deyib: "Şeyx Sərdar Hacıhəsənlinin barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib".

Tanınmış vəkilin açıqlamasında deyilir: “ Hacı Sərdara Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə ittiham verilib. Bu şəxsi cümə xütbəsi dediyinə və cümə namazı qıldığına göre tutublar. Halbuki, o, ilkin dini təhsilini Sovet dövründə, hələ Masallı rayonunda alıbdır. Sərdar Babayevlə Masallı rayon Polis şöbəsinin MST-da görüşdüm, bildirdi ki, artıq ölkədə "namaz" məhbusu da var.

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib.

Azərbaycan İslam Partiyası Şeyx Sərdar Hacıhəsənlinin saxlanılmasını birbaşa müqəddəs islam dininə qarşı qeyri-hüquqi təcavüzün təzahürü kimi qiymətləndirir.

DEVAMM Hacı Sərdar Hacıhəsənlinin həbsini insan haqlarının pozulması, ona qarşı edilən hərəkətləri təqib kimi dəyərləndirir.

Azərbaycan Ruhanilər Məclisi Şeyx Sərdar Hacıhəsənlinin həbsini sifarişli hesab edir.

"Milli Mənəvi Dəyərlər" İctimai Birliyi ruhani Şeyx Hacı Sərdar Hacıhəsənlinin Masallıda həbs olunmasını pisləyən bəyanat yaydı

"Milli Mənəvi Dəyərlər" İctimai Birliyi Şeyx Hacı Sərdar Hacıhəsənlinin sırf namaza görə həbs edilməsini İslam həmrəyliyi elan olunan bir yerdə düşünülməmiş qərar hesab edir.

Teqlər

Şərhlər