Okt 09, 2019 08:32 Asia/Baku
  • Azərbaycarn R. parlamenti yeni baş nazirə etimad səsi verdi

Novruz Məmmədovun istefasından sonra Azərbaycan Respublikasının milli məclisi dünən iclas keçirdi və Əli Əsədovu bu ölkənin yeni baş naziri təyin etdi.

Əli Əsədov dünən milli məclisin açıq iclasında çıxış etdi. Əsədov 1956-cı il noyabrın otuzunda Naxçıvan şəhərində anadan olub və 1978-ci ildə Moskva iqtisadiyyat institutunu bitirib. O, SSRİ dövründə Azərbaycan Respublikası Elmlər Akademiyasında müxtəlif məsuliyyətlər daşıyıb. Əsədov 1995-ci ildə Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsindən sonra bu ölkə parlamentinin üzvü seçilib. O, 1998-ci ildə Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər  üzrə köməkçisi təyin edilib. O, həmçinin 2012-ci ildən Azərbaycan Respublikası prezident administrasiyası başçısnın müavini kimi də fəaliyyət göstərib.