Oct 10, 2019 13:21 Asia/Baku
  • İranlı yeniyetmə İslam ölkələrinin Beynəlxalq Muğam Musiqisi Festivalının xüsusi mükafatını qazanıb
    İranlı yeniyetmə İslam ölkələrinin Beynəlxalq Muğam Musiqisi Festivalının xüsusi mükafatını qazanıb

İranlı yeniyetmə sənətçisi Parsa Xaef, Azərbaycan Respublikasının paytaxtı Bakıda keçirilən İslam ölkələrinin 11-ci Beynəlxalq Muğam Musiqisi Festivalının xüsusi "QRAND priks" mükafatını qazanıb

Bu beynəlxalq festivalda İran, Azərbaycan Respublikası, Türkiyə, İraq, Misir, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan sənətçiləri iştirak ediblər.

Festivalın finalına vəsiqə qazanan sənətçilər öz əsərlərini Bakıdakı Muğam Mərkəzində ifa ediblər.

Parsa Xaef nəva dəstgahında bir təsnif ifa edərək, münsiflər heyətinin diqqətini çəkib.

Xaef İslam ölkələrinin Beynəlxalq Muğam Musiqisi Festivalının yeniyetmələr üzrə beynəlxalq diplomuna və ən yaxşı müğənni üçün nəzərdə tutulan "QRAND priks" mükafatına layiq görülüb.

İranlı yeniyetmə sənətçi Parsa Xaef İran ənənəvi musiqisinin istedadlı simalarından biridir. O, İran və Azərbaycan musiqisinin ifasında xüsusi məharətə malikdir.

Xaef indiyə kimi bir neçə milli və regional musiqi festivallarında birinci yeri qazanıb.

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı- YUNESKO (UNESCO) 2008-ci ildə Azərbaycan muğam musiqisini bəşəriyyətin mədəni-mənəvi irsi kimi qeydə aldı.

 

Şərhlər