Yan 20, 2020 08:46 Asia/Baku
  • 20 Yanvar faciəsindən 30 il ötür
    20 Yanvar faciəsindən 30 il ötür

Azərbaycan Respublikasında 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir.

Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günüdür.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar tərəfindən 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət olunur.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəlikləri tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

 

Şərhlər