Noy 22, 2020 21:05 Asia/Baku
  • Azərbaycanlı əsirlərin vəziyyəti müzakirə edildi

Ombudsman və BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri görüntüləri yayılan azərbaycanlı əsirlərlə bağlı müzakirə aparıb.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə video konfrans vasitəsilə görüş keçirib.
Ombudsman Aparatından  verilən məlumata görə, görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktlarını, real çəkiliş əsasında sosial mediyada yayılan məlumatlar Ombudsman tərəfindən xanım Bauerin diqqətinə çatdırıb.
Qeyd olunub ki, həmin videolarda yer alan hərbi əsirlərin taleyi ilə bağlı təəssüflər olsun ki, hər-hansı bir məlumat almaq mümkün olmayıb.

Teqlər

Şərhlər