Apr 28, 2017 17:08 Asia/Baku
  • Moskvada AR, Ermənistan və Rusiya xarici işlər nazirlərinin müzakirələri başlanıb

Azərbaycan Respublikası, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli üzrə üçtərəfli Moskva müzakirələri başlanıb.

APA-nın məlumatına görə, bu müzakirələr Moskvanın təşəbbüsü, Azərbaycan Respublikası, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Eduard Nalbandyan və Sergey Lavrovun iştirakı və Qarabağ münaqişəsinin həll yolunun tapılması məqsədilə bu gün günorta çağı başlanıb.

ATƏT-nin Minsk Qrupunun həmsədrləri də bu iclasda iştirak edirlər.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Moskva səfəri ərəfəsində demişdi ki, Azərbaycan Respublikası hökuməti Ermənistanın Qarabağ münaqişəsinin həlli üzrə üçtərəfli müzakirələrdə siyasi iradə göstərməsini gözləyir.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiası irəli sürməsindən sonra başlandı.

Erməni və azəri qüvvələri arasındakı döyüşlər nəticəsində Dağlıq Qarabağ məntəqəsi və onun qonşuluğundakı yeddi rayon Ermənistan qüvvələrinin nəzarətinə keçdi.

1994-cü ilin mayında iki münaqişə tərəfi arasında atəşkəs rejimi bərqərar edildi, lakin ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi indiyədək heç bir nəticə verməyibdir.

Teqlər