Sen 14, 2018 19:01 Asia/Baku
  • Rusiya xarici investisiya cəzb edir
    Rusiya xarici investisiya cəzb edir

Rusiyanın şərqi üzrə dördüncü beynəlxalq iqtisadi konfrans 3 trilyon dollar dəyərində müqavilələrin imzalanması ilə öz işinə yekun vurub.

İRNA-nın verdiyi məlumata görə, Rusiyanın şərqi üzrə beynəlxalq iqtisadi konfrans 11-13 sentyabrda Rusiyanın uzaq şərq universitetində Ruski adasında 60 ölkədən dövlər rəsmiləri və şirkət sahiblərinin iştirakı ilə keçirilib. 

Bu konfransda Rusiya, Çin, Monqolistan prezidentləri, Cənubi Koreya və Yaponiya baş nazirləri iştirak ediblər. 

Rusiyada keçirilən iqtisadi konfransda 3 trilyon rubl, başqa sözlə 43 milyard dollar dəyərində ticarət müqaviləsi imzalanıb. 

Şərq beynəlxalq iqtisadi konfransı 2015-ci ildən Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə hər il keçirilməkdədir. 

 

Teqlər