Okt 11, 2018 19:57 Asia/Baku
  • BMT-nin uşaqların hüquqlarını himayə komitəsinin Ərəbistanın cinayəti haqdakı yekun hesabatı

BMT-nin uşaqların hüquqlarını himayə komitəsi özünün yekun hesabatında vurğulayıb ki, səud koalisiyasının Yəmənə qarşı savaşı nəticəsində bu ölkədə 1200-dən çox uşaq öldürülüb.

BMT-nin uşaqların hüquqlarını himayə komitəsinin bu gün yayılan yekun hesabatında Yəməndəki mülki məntəqələrə qarşı hava hücumlarının dayandırılması zərurəti vurğulanıb.

18 müstəqil ekspertdən ibarət olan bu komitə öz hesabatında Ərəbistanın Ərriyadın əmri altında olan hərbi koalisiyanın Yəməndəki hücumlarda buraxdığı səhvləri islah etməyə son dərəcə çalışacağına dair vədinə toxunaraq, bildirib ki, bu vədə rəğmən, yəmənli uşaqlar yenə də öldürülürlər, əlil olurlar və yetim qalırlar.

Belə bir halda, BMT-nin uşaqların hüquqlarını himayə komitəsi səud koalisiyasının uşaqların olduqları məkanlar və mərkəzlərə qarşı qanunsuz hücumlar barədə təhqiqat üçün 2016-cı ildə təşkil etdiyi "hadisələrin dəyərləndirilməsi üzrə müştərək qrup"un faydasızlığından nigarançılıq edib.

Bu komitə öz hesabatında bildirib ki, həmin qrupun Yəməndəki hərbi cinayətlər barədə olan hesabatları cinayət amillərinin aşkarlanmaları və ya cəzalandırılmaları ilə nəticələnməyibdir.

Bu hesabata görə, Yəmənə qarşı 43 ay müharibə zamanı bu ölkə son onilliklərdə dünyada baş vermiş ən ağır insan böhranı iə üzləşibdir.