Yan 14, 2018 10:31 Asia/Baku
  • Federika Moqerini: ABŞ-ın nüvə anlaşmasına sadiq qalması
    Federika Moqerini: ABŞ-ın nüvə anlaşmasına sadiq qalması "müsbət" addımdır

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini deyib: ABŞ-ın nüvə anlaşması qarşısında öz öhdəliklərinə sadiq qalması müsbət bir addım idi.

İRİB-nin verdiyi məlumata görə, Federika Moqerini şənbə günü öz şəxsi internet səhifəsində yazıb: ABŞ prezidenti Donald Tramp cümə günü ABŞ-ın nüvə anlaşması qarşısında öz öhdəliklərinə sadiq qalacağını təsdiq etdi və nüvə proqramı ilə əlaqədar İrana tətbiq edilmiş sanksiyaların dondurulması müddətini yenidən uzatdı. 

AB-nin xarici siyasət üzrə ali nümayəndəsi həmçinin deyib: Nüvə anlaşması həyatdadır və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyə kimi 9 dəfə İranın nüvə anlaşması qarşısındakı öhdəliklərinə tam sədaqətini təsdiq edib. 

Federika Moqerini həmçinin, İranın ballistik raket proqramı barədə nigaranlıq edib və deyib: Nüvə proqramından kənar formada İranın raket proqramı haqda ölçü götürüləcək. 

Teqlər

Şərhlər