Feb 25, 2018 20:43 Asia/Baku
  • Silah gəzdirmə qanununa qarşı çıxanları məktəbdən qovulmaq gözləyir
    Silah gəzdirmə qanununa qarşı çıxanları məktəbdən qovulmaq gözləyir

ABŞ-ın Texas ştatında məktəblərə edilən bildirişdə, silah gəzdirmək qanununa qarşı etiraz aksiyalarında iştirak edən məktəblilərin təhsildən məhrum ediləcəkləri bildirilib.

İndependent internet portalının verdiyi məlumata görə, bu bildiriş, məktəblilərin özlərini silah gəzdirmə qanunu əleyhinə böyük mitinqdə iştiraka hazırladıqları bir vaxtda edilib.

Ötən həftə Florida Ştatında bir məktəbdə çıxan silahlı insident 20 məktəblinin ölməsi, 50 nəfərin də yaralanmasına səbəb olub. Bu hadisənin ardınca bir daha silah gəzdirmə qanunu əleyhinə etirazlar alovlanıb.

 

Teqlər

Şərhlər