Mar 17, 2018 20:33 Asia/Baku
  • Alman kansler müsəlmanları dəstəklədi
    Alman kansler müsəlmanları dəstəklədi

Almaniya kansleri müsəlmanlara dəstək istiqamətində onların bu ölkəyə aid olduqlarını bildirib.

Politiko xəbər portalının məlumatına görə, Almaniya kansleri Angella Merkel yeni hökumətin daxili işlər naziri Horst Zihoferin islam haqda sözlərini tənqid edərək deyib: Almaniyada müsəlmanlar bu ölkəyə aiddir və islam da Almaniyanın bir hissəsidir. 

Almaniya hökumətinin sözçüsü Ştefan Zaybert də bundan öncə demişdi ki, dəyərlər və qanuni struktura əsasən islam da Almaniyanın bir hissəsidir. 

Almaniyanın yeni hökumətinin daxili işlər naziri Horst Zihofer bundan öncə bildirmişdi ki, Almaniya xristian ölkəsidir və bu ölkədə həyatı xristianlıq formalaşdırıb. 

Teqlər

Şərhlər