Jun 16, 2018 18:54 Asia/Baku
  • Almaniya kansleri Avropada mühacirlər problemini etiraf edib
    Almaniya kansleri Avropada mühacirlər problemini etiraf edib

Almaniya kansleri Fransa prezidenti ilə görüş ərəfəsində deyib ki, mühacirət Avropa problemi olduğu üçün Avropa reaksiyasına da ehtiyac duyur.

Angela Merkelin mühacirət barədəki bu fikirləri elə bir şəraitdə irəli sürülür ki, o, Almaniyanın daxili işlər naziri ilə ritorik mübahisələrlə üzləşibdir.

Almaniyanın daxili işlər naziri Horst Zeehofer deyibdir ki, bəzi mühacir və didərginləri sərhəd vasitəsilə geri qaytarmaq mümkündür, amma Merkel bu sahədə birtərəfli addımla müxalifdir. O, bu qənaətdədir ki, həmin məsələ Avropa İttifaqının zəifləməsinə bais olacaqdır.

Merkel qarşıdakı çərşənbə axşamı günü Fransa prezidenti Emmanuel Makron ilə görüşməlidir. Merkel bildirib ki, mühacirət məsələsi Makron ilə danışıqların mehvərlərindən olacaqdır.

Teqlər

Şərhlər