İyul 27, 2018 18:53 Asia/Baku
  • Amerikalılar İran ilə savaşa qarşıdırlar
    Amerikalılar İran ilə savaşa qarşıdırlar

Son rəy sorğularının nəticəsinə əsasən amerikalılar İranilə müharibənin əleyhinədirlər.

Hafinqton Post internet qəzetinin verdiyi məlumata görə, bu qəzet və "You Gov" müəssisəsi tərəfindən birgə həyata keçirilmiş rəy sorğusuna əsasən amerikalıların 53 %-i İranilə müharibəyə qarşıdır.

Bu rəy sorğusuna əsasən respondentlərin sadəcə 23%-i İran əleyhinə müharibəni dəstəkləyib.

Hafinqton Post qəzeti həmçinin  yazıb: Bu rəy sorğusu ABŞ prezidenti Donald Trampın İran prezidenti Həsən Ruhaniyə xəbərdarlıq etməsinin ardınca həyata keçirilib.

Teqlər

Şərhlər