Sen 18, 2018 15:48 Asia/Baku
  • BMT Myanma ordusunun növbəti cinayətlərindən xəbər verib
    BMT Myanma ordusunun növbəti cinayətlərindən xəbər verib

Birləşmiş Millətlər Təşkilatının müfəttişləri Myanma ordusunun və ifratçı buddistlərin ruhinca müsəlmanlarına qarşı cinayətləri barədə 444 səhifəlik hesabat yayıblar.

İRNA-nın verdiyi məlumata görə, BMT insan haqları müfəttişləri bu gün ruhinca müsəlmanlarının Raxin vilayətində qırğın və işkəncə edilmələri barədə faktları yaydıqdan sonra bu cinayətləri törədənərin cəzalandırılmasına çağırıb. 

BMT müfəttişlərinin hesabatında deyilir: Myanma hərbçiləri və ifratçı buddistlər Raxində onlarla kəndə hücum edərək kəndlərdə kişiləri qırğın ediblər uşaqları analarından ayıraraq onları çaya töküblər yaxud yandırıblar. 

BMT insan haqları müfəttişləri bu hesabatdan sonra bir daha BMT-dən Myanma ordusunun komandanı, Min Unq Halinqi, 5 ordu komandanı ilə birlikdə Ruhinca müsəlmanlarına qarşı cinayətin əsas amilləri kimi məhkəməyə verməsini istəyib .

BMT müfəttişlər qrupu Təhlükəsizlik Şurasından istəyib ki. Myanma cinayətkarlarını beynəlxalq cinayət məhkəməsinə versin və bu ölkəyə qarşı iqtisadi blokada tətbiq etsin. 

Ötən il 25 avqustdan bəri Myanma ordusu və ifratçı buddistlər Raxin vilayətində ruhinca müsəlmanlarına qarşı hücumlarında 6 mindən çox müsəlman ölüb, 8 min yaralanıb və 1 milyon insan Banqladeşə qaçıb. 

Teqlər

Şərhlər