Okt 07, 2018 20:38 Asia/Baku
  • İtaliyada sülh və beynəlxalq tərksilah aksiyası keçirilib
    İtaliyada sülh və beynəlxalq tərksilah aksiyası keçirilib

İtaliya xalqından on minlərlə nəfər geniş aksiya keçirərək, sülh və beynəlxalq tərksilah istəyibdir.

Bu aksiya bu gün səhər "Qardaşlıq" şüarı ilə İtaliyanın mərkəzində yerləşən Pruca şəhərindən başlanıb və 24 kilometrlik bir marşrutda Assisi şəhərinədək davam edibdir.

Aksiyaçı-yürüşçülər İtaliyanın 500 şəhərindən olan yürüşçülərlə yanaşı Assisi şəhərinin baş meydanına daxil olublar. Onlar uzun bayraqlarla bütün dünyada müharibəyə qarşı və sülh və tərksilahın xeyrinə şüarlar veriblər.

İtaliyada sülhsevərlər hərəkatı 1961-ci ildən bəri hər il Pruca-Assisi sülh yürüşünü keçirir. Bu yürüş bu ölkədə ən mühüm hadisələrdən sayılır.

Teqlər

Şərhlər