Jan 17, 2019 12:45 Asia/Baku
  • Moqerini anti-İran konfransda iştirak etməyəcək
    Moqerini anti-İran konfransda iştirak etməyəcək

Avropa Birliyinin sözçülərindən biri bu birliyin xarici siyasət üzrə ali nümayəndəsinin Polşada keçiriləcək anti-İran iclasda iştirak etməyəcəyini deyib.

Adı açıqlanmayan bu Avropa rəsmisi İRNA-ya verdiyi müsahibədə deyib: Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini-nin Polşada keçiriləcək anti-İran konfransda iştirak ehtimalı çox zəifdir. Moqerini sıx iş proqramına malikdir və konfransın keçiriləcəyi zamanda onun bir başqa səfər proqramı var. 

ABŞ dövlət katibi Mayk Pompeo cümə günü 13-14 fevralda Varşavada anti-İran konfransın keçiriləcəyinin anonsunu verib. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bu məsələyə reaksiya olaraq Tvitter-də yazıb: ABŞ-ın İrana qarşı son tamaşasında iştirak edənlər ya artıq ölüblər, yada rüsvay olaraq beynəlxalq səhnədən kənarlaşdırılıblar. 

Teqlər

Şərhlər