Jan 23, 2019 19:06 Asia/Baku
  • Mərziyə Haşiminin oğlu Amerikada kütləvi etiraz aksiyalarının keçirilməsini istədi
    Mərziyə Haşiminin oğlu Amerikada kütləvi etiraz aksiyalarının keçirilməsini istədi

PressTV-nin ABŞ polisi tərəfindən həbs edilən aparıcısı Mərziyə Haşiminin oğlu Amerikadakı ictimai hərəkatlardan kütləvi etiraz aksiyalarının təşkil edilməsini istəyib.

Nyu-York Tayms-ın bildirdiyinə görə, PressTV-nin Amerikada həbs edilən aparıcısı Mərziyə Haşiminin oğlu Hüseyn Haşimi deyib: "Qaradərililərin həyatı dəyərlidir" cərəyanı və digər ictimai qruplar cari həftənin sonuna kimi kütləvi etiraz aksiyaları keçirmək istəyirlər.

Mərziyə Haşiminin hakim qarşısına çıxarıldığı zaman. məhkəmə hakimi onun əməllərində cinayət tərkibli hərəkətin olmadığını, ona qarşı hansısa ittihamın irəli sürülmədiyini və sadəcə naməlum bir cinayət işi ilə bağlı sırf şahid qismində saxlanıldığını bildirib.

Şərhlər