Mar 26, 2019 20:25 Asia/Baku
  • Fransa və Çin nüvə anlaşmasına dəstək verdiklərini vurğulayıblar

Fransa və Çin prezidentləri bir daha bu ölkələrin nüvə anlaşmasına dəstək verdiklərini vurğulayıblar.

Fransa prezidenti Emmanuel Makron Parisdə Çin prezidenti Si Tsinpin ilə birgə mətbuat konfransında bildirib ki, iki tərəf faktaraşdırma imkanı yaratmış nüvə anlaşmasına öz dəstəyini vurğulayır.

Fransa və Çin prezidentləri həmçinin öz görüşlərində müzakirə və BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrası yolu ilə Koreya yarımadasının nüvə silahından təmizlənməsinin geridönməz bir proses olacağını vurğulayıblar.

Şimali Koreya Amerikanın tamahkarlığı və öz öhdəliklərinə sadiq qalmamasını Koreya yarımadasında sülhə nailolma yolundakı müzakirələrin uğursuz qalmasının əsas amili adlandırıbdır.

Teqlər

Şərhlər