Apr 11, 2019 17:56 Asia/Baku
  • WikiLeaks-in təsisçisi həbs olunub
    WikiLeaks-in təsisçisi həbs olunub

Ekvadorun Londondakı səfirliyinə sığınmış ifşaçı VikiLiks(WikiLeaks) saytının təsisçisi həbs olunub.

İngiltərə polisi bu gün bildirib ki, son bir neçə ildə Ekvadorun Londondakı səfirliyinə sığınmış ifşaçı VikiLiks saytının təsisçisi Culian Assanjı həbs edibdir.

İngiltərə polisinin bəyanatında deyilir ki, bu həbs bu ölkənin ali məhkəməsinin 2012-ci il hökmünə əsasən və Ekvador hökumətinin Assanjın sığınacaq statusunu rədd edərək, London polisindən onu həbs etməsini istəməsindən sonra həyata keçibdir.

2006-cı ildə VikiLiks saytını təsis etmiş Assanj 2010-cu ildə bu saytda ABŞ-ın ordu qüvvələri tərəfindən İraq və Əfqanıstanda mülkilərin qırğın edilmələri barədə təsvir və videolar yayaraq, beynəlxalq mediaların diqqət mərkəzində durdu.

Onun ardınca Amerika hökuməti öz müttəfiqlərindən istədi ki, Assanja qarşı cinayət təhqiqatlarına kömək etsinlər.

Teqlər

Şərhlər