Apr 20, 2019 10:22 Asia/Baku
  • İtalyan məktəblilər ekologiyaya dəstək istiqamətində aksiya keçiriblər
    İtalyan məktəblilər ekologiyaya dəstək istiqamətində aksiya keçiriblər

İtalyan məktəblilər ekologiyaya dəstək istiqamətində paytaxt Romanın ən böyük meydanlarından birində aksiya keçiriblər.

İtaliyalı məktəblilər bu aksiyada yerin istiləşməsi və iqlim dəyişiklikləri barədə xəbərdarlıq edərək, İtaliya hökumətindən istəyiblər ki, bu məsələni beynəlxalq səviyyədə izləsin.

Aksiyaçılar şüarlar verərək, kapitalizm quruluşunu ətraf mühitin dağılması, həyat mənbələrinin məhvi, yerin hərarətinin səbatsızlığı və onun dünya xalqlarının yaşayışına neqativ təsirlərinin əsas amili kimi təqdim ediblər.

Bazar ertəsi günü də Londonda ekologiya fəalları ingilis siyasətçilərin iqlim dəyişikliklərinə məhəl qoymamalarına qarşı aksiya keçirmişdilər

BMT bir hesabatda xəbərdarlıq edibdir ki, yerin istiləşməsi faciəsinin mənfi təsirlərinin qarşısını almaq üçün yalnız on iki il fürsət qalıbdır.

Bu hesabatda quraqlıq, yerin istiləşməsi və iki qütbün buzlarının əriməsi barədə xəbərdarlıq edilibdir.

ABŞ və İngiltərə daxil olmaqla sənaye ölkələri ən çox miqdarda çirkləndiricilər istehsal edirlər.

Teqlər

Şərhlər