May 20, 2019 09:02 Asia/Baku
  • İtaliya üzərində iqtisadi çətinliklər kölgəsi
    İtaliya üzərində iqtisadi çətinliklər kölgəsi

İtaliyanın iqtisadi vəziyyəti barədəki ən yeni statistikalar göstərir ki, bu ölkədə maliyyə böhranının davam etməsi milyonlarla insanı yoxsulluq riski altına qoyubdur.

İtaliya Statistika Mərkəzi son hesabatında bildirib ki, 5 milyon insanın artıq mütləq yoxsulluq içində yaşadığı bir halda, 17 milyondan çox insan da yoxsulluq riski altındadır.

İtaliyadakı bir çox təqaüdçü öz məişət durumunun davam etməsinə və sosial təminat təşkilatının onun problemlərini həll etməməsinə etiraz edir.

İtaliyadakı təqaüdçülər bir çox digər ölkədə olduğu kimi ən həssas ictimai təbəqələrdən sayılırlar. Ötən on ildə bu ölkəni bürümüş uzunmüddətli iqtisadi böhran onlara baha başa gəlibdir.

 

Teqlər

Şərhlər