Jun 18, 2019 18:03 Asia/Baku
  • Yaponiya tərəfindən Fars Körfəzinə və Oman dənizinə hərbi qüvvələrin göndərilməsi rədd olunub
    Yaponiya tərəfindən Fars Körfəzinə və Oman dənizinə hərbi qüvvələrin göndərilməsi rədd olunub

Yaponiyanın müdafiə naziri bu ölkə tərəfindən Qərbi Asiyaya və Oman dənizinə hərbi qüvvələrin göndərilməsini rədd edib.

Takeşi İvaya bu gün Amerikanın Qərbi Asiyaya min hərbi qüvvə göndərmək barədəki qərarına reaksiyada vurğulayıb: Yaponiya Oman dənizində iki tankerə hücuma rəğmən, bölgəyə hərbi qüvvə göndərmək üçün bir dəlil görmür.

Yaponiyanın müdafiə naziri ABŞ-ın Fars Körfəzində iki tankerin yanması barədə İrana qarşı ittihamını rədd edərək, deyib: Hələ bu hadisənin dəlili aydınlaşmayıbdır. Eyni zamanda, bu tankerlərdə heç bir Yaponiya vətəndaşı olmayıbdır.

İvaya əlavə edib: Yaponiya İran ilə Amerika arasında yaranmış gərginliklərdən sonra bölgə olaylarını yaxından izləyir.

Teqlər

Şərhlər