Aug 25, 2019 11:51 Asia/Baku
  • Almaniyada ayrı-seçkiliyə və irqçiliyə qarşı aksiya keçirilib
    Almaniyada ayrı-seçkiliyə və irqçiliyə qarşı aksiya keçirilib

Almaniya xalqından minlərlə nəfər ölkənin şərqindəki Saksoniya əyalətinin Drezden şəhərində ayrı-seçkilik və irqçiliyə etiraz olaraq aksiya keçirib.

Associated Press-in məlumatına görə, 35 min alman Drezdendəki nümayiş əsnasında "irqçilik alternativ deyil!" və "Nasistlərə yer yoxdur!" şüarları səsləndirib.

Aksiyada kilsələrin və həmkarlar ittifaqlarının nümayəndələri, həkimlər və tibb tələbələri, siyasətçilər, elm adamları, sənətçilər və ətraf mühit fəalları daxil olmaqla 400-dən çox təşkilat və qrupun üzvləri iştirak edirdilər.

Drezdendəki aksiyanın təşkilatçıları vurğulayıblar ki, insanların nifrətdən daha çox birliyi dəstəklədiklərini göstərmək istəyirlər.

Bu aksiya elə bir halda təşkil edilibdir ki, qərar üzrə sentyabrın 1-də Saksoniya və Brandenburq, oktyabrın 27-də isə Türingiya əyalətlərində əyalət parlament seçkiləri keçirilməlidir.

Almaniyada radikal sağ təmayüllülər son illərdə Saksoniya əyalətində böyük dəstək əldə ediblər.

Teqlər

Şərhlər