Aug 26, 2019 20:46 Asia/Baku
  • Almaniya kansleri G7 qrupunun iclasında İran ilə danışıqları müsbət qiymətləndirib

Almaniya kansleri Fransada keçirilən G7 qrupunun iclasının 3-cü günündə deyib: Bu iclasda İran barədə irəliyə doğru böyük bir addım atılıb.

FransPressin verdiyi məlumata görə, Angela Merkel G7 qrupunun son iclasında İranın xarici işlər nazirinin iştirakı ilə keçirilən danışıqlar barədə deyib: Bu irəliyə doğru böyük bir addım olub. İndi elə bir atmosfer var ki, danışıqlar müsbət qarşılanır.

Məhəmməd Cavad Zərif dünən fransalı həmkarı Jan İv Löderyanın dəvəti ilə Fransanın Biartis bölgəsinə səfər etdi və G7 qrupunun iclasının kənarında Fransa prezidenti Emanuel Makron və Britaniya və Almaniya nümayəndələri ilə danışıqlar apardı.

Zərif bu səfərdən sonra deyib: Qarşıdakı yol çətindir, amma sınamağa dəyər.

G7 rəhbərləri avqustun 24-dən Fransanın cənub qərbində Biarits şəhərində 3 gün müddətində bir araya gəliblər.

Teqlər

Şərhlər