Sen 06, 2019 15:48 Asia/Baku
  • Dorian qasırğası Amerikanın şərq sahillərinə gəlib çatıb

Dorian qasırğası Baham adalarından Amerikanın şərq sahillərinə daxil və sahil ştatlarında işığın kəsilməsi və selin yaranmasına səbəb olub.

Cənubi Karolina ştatında qasırğadan öncə leysan yağışlarının yağması selə səbəb olub. Yerli vaxtla dünən axşamçağı bu ştatda, eləcə də Corciya ştatında 260 mindən çox ev və satış mərkəzinin elektrik enerjisi kəsilibdir.

Şimali Karolina, Cənubi Karolina və Virciniya ştatlarında fövqəladə vəziyyət elan olunub.

Cənubi Karolina ştatında 900 mindən çox insana göstəriş verilibdir ki, evini boşaltsın.

Dorian qasırğası bazar günü Baham-ı alt-üst və bu arxipelaq ölkəsini məhv etdi.

Yeni müvəqqəti statistikaya görə, Dorian qasırğasının bazar günü Baham-da törətdiyi tələfatın sayı azı otuz nəfərədək artıbdır.

BMT-nin bildirdiyinə görə, Ameriakada təqribən 70 min nəfər təcili yardımlara ehtiyac duyur.

Teqlər

Şərhlər