Sep 18, 2019 17:38 Asia/Baku
  • Ağ Ev-in daha bir rəsmisi qovuldu

Amerika prezidenti bu ölkənin daxili təhlükəsizlik nazirinin ümumi müşavirini vəzifəsindən azad edib.

Amerika daxili təhlükəsizlik nazirliyinin sözçüsü bu gün bu ölkənin daxili təhlükəsizlik nazirinin ümumi müşaviri Con Mitnikin vəzifəsindən çıxarılması xəbərini təsdiq edərək, bildirib ki, ABŞ prezidentinin müşavirlərindən olan Çad Mikel, Mitnikin yerini tutmalıdır.

Mitnik 2017-ci ildə Donald Trampın göstərişi ilə bu dövlət vəzifəsinə təyin edildi və onun hökmü sonrakı ildə ABŞ senatı tərəfindən təsdiq olundu.

Con Mitnikin çıxarılması xəbəri elə bir halda yayılıbdır ki, Amerikanın daxili təhlükəsizlik nazirliyinin yüksək vəzifəli işçiləri və müşavirlərinin bir çoxu bu nazirliyin Ağ Ev-lə ixtilaflarının şiddətlənməsinə görə, istefa vermək və bu orqanı tərk etmək niyyətindədir.

Teqlər

Şərhlər