Sep 21, 2019 07:29 Asia/Baku
  • İqlim dəyişikliklərinə qarşı aksiya
    İqlim dəyişikliklərinə qarşı aksiya

Ətraf mühit tərəfdarlarından on minlərlə nəfər dünən dünyanın müxtəlif şəhərlərində iqlim dəyişikliklərinə qarşı aksiya keçirib.

Avropa, Afrika, Asiya, Okeaniya və Amerika ölkələrində milyonlarla məktəbli cümə günü ekologiyaya dəstək istiqamətində və iqlim dəyişikliklərinə qarşı aksiya keçirib.

Dünya səviyyəsində məktəblilərin ətraf mühitin qorunmasına dəstək istiqamətindəki yürüşü “Biz gəncik, lakin lal deyilik!” şüarı ilə Avstraliya başlanğıc nöqtəsindən keçirilməyə başlanıbdır.

Milyonlarla gənc və məktəbli geniş bir nümayşdə iqlim dəyişiklkiləri barədə təcili addımların atılmasını istəyib.

Bu böyük yürüşün ilkin etirazları Avstraliyadan başlanıb və sonra Sakit Okean adalarından Hindistana, Türkiyəyə və bütün Avropayadək yayılıbdır.

Bu etirazlar BMT-nin bazar ertəsi günü Nyu-Yorkda keçiriləcək iqlim barədəki iclasından öncə başlanıbdır.

İqlim dəyişiklikləri hazırda dünyadakı ən mühüm nigarançılıqlardan biridir. Amma Amerika prezidenti Donald Tramp bu ölkəni Paris iqlim dəyişiklikləri razılaşmasından çıxararaq, əslində göstərmiş oldu ki, iqlim dəyişiklikləri ilə mübarizəyə inanmır.

Alimlər xəbərdarlıq ediblər ki, İqlim dəyişikliklərinin okeanlara və yerin donmuş bölgələrinə qarşı bəzi nəticələri geridönməzdir və bəşəriyyət ona hazır olmalıdır.

 

 

Teqlər

Şərhlər