Sep 27, 2019 20:09 Asia/Baku
  • Moskva nüvə anlaşmasını xilas etmək üçün bir həll yolunun tapılacağına ümid edir
    Moskva nüvə anlaşmasını xilas etmək üçün bir həll yolunun tapılacağına ümid edir

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi ümidvarlıq edibdir ki, qarşıdakı aylarda nüvə anlaşmasını xilas etmək üçün bir həll yolu əldə olunacaq.

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bu gün deyib: Ya İranla nüvə anlaşması üçün müsbət bir həll yolu tapılacaq, ya da ki, vəziyyət daha da ağırlaşacaqdır.

Bundan öncə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov demişdi ki, Amerika təkcə imtiyaz almaq fikrində olmamalı, həm də İranla anlaşma üçün imtiyaz verməlidir.

Fransa, Almaniya və İngiltərəyə şamil olan Avropa üçlüyü ötən günlərdə ortaq bir açıqlmada nüvə anlaşmasına öz təbliğat və siyasi dəstəyini təkrar edərək, İrandan istədi ki, bu anlaşmadakı öhdəliklərinin tam icrasına qayıtsın.

Teqlər

Şərhlər