Dek 06, 2019 09:02 Asia/Baku
  • Fransa polisi etirazçılara hücum edib
    Fransa polisi etirazçılara hücum edib

Fransa polisi paytaxt Parisin mərkəzində bu ölkə prezidenti Emmanuel Makronun iqtisadi islahatlarına etiraz edənlərə basqın edib.

Fransanın təhlükəsizlik qüvvələri etirazçılarla rəftarda dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər.

Dünən bütün Fransada fəhlə və dövlət qulluqçularından ibarət milyonlarla nəfər tərəfindən 245 etiraz yürüşü keçirilib.

Minlərlə müəllim, dövlət işçisi, dəmiryolu fəhləsi və xəstəxana işçisi Makronun təqaüd sisteminin islahı üzrə layihəsinə etiraz olaraq, son onilliklərdə Fransada ən böyük ümumi tətilə başlayıbdır.

Fransa bir ildən çoxdur ki, kapitalizm quruluşuna qarşı çıxanların həftəlik aksiyaları ilə üzləşir.

Fransa etirazları gedişində indiyədək 11 nəfərdən çox insan öldürülüb, təqribən 14 min nəfər də yaralanıb və ya həbs olunubdur.

"Odoksa" müəssisəsi tərəfindən Fransa radiosu və "Le Fiqaro" qəzeti üçün keçirilən son rəy sorğusuna əsasən, bu ölkə xalqının dörddə üç hissəsi Makronun fəaliyyətindən narazıdır.

Şərhlər