Dek 10, 2019 13:29 Asia/Baku
  • Amerika avropalıları da sanksiya etdi
    Amerika avropalıları da sanksiya etdi

Amerikanın maliyyə naziriliyi bir qrup avropalı fiziki və hüquqi şəxsi öz sanksiyalar siyahısına əlavə edib.

Vaşinqton bu şəxsləri geniş korrupsiyada ittiham edibdir.

Amerikanın maliyyə naziri Stiven Mnuçin dünən bu barədə deyib: Korrupsiya ilə beynəlxalq mübarizə günündə Amerika bir neçə Avropa, Asiya və Latın Amerikası ölkəsində korrupsionerləri və onların şəbəkələrini sanksiya edəcək.

Venesuelanın iki hökumət rəsmisi də Amerikanın yeni sanksiyalar siyahısına salınıbdır.

Amerika maliyyə naziriliyinin açıqlamasında 17 şəxs və 29 şirkət sanksiyalara şamil edilibdir.

Bu siyahıda Serbiya, Latviya və Kiprdən olan şəxslərin adları görünür.

Latviya merlərindən olan Ayvares Lembergs, adı, Amerikanın Avropa sanksiyaları siyahısında görünən tanınmış şəxslərdəndir.

 

 

Teqlər

Şərhlər