Dek 27, 2019 13:03 Asia/Baku
  • Qazaxıstandakı hava qəzası ilə bağlı son məlumat
    Qazaxıstandakı hava qəzası ilə bağlı son məlumat

Qazaxıstanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 15 nəfər həyatını itirib.

Qazaxıstan hökumətinin verdiyi məlumata görə, cümə günü səhər Qazaxıstanın Almatı şəhərində bir sərnişin təyyarəsi  95 sərnişinlə qəzaya uğrayıb. Qəzada azı 15 nəfər həlak olub, 60-dan çox insan, o cümlədən bir neçə uşaq da yaralanıbdır.

Beş nəfərin vəziyyətinin ağır olduğu deyilir və ölənlərin sayının artacağı ehtimal edilir.

Qazaxıstanın Sənaye və İnfrastrukturların İnkişafı Nazirliyi sərnişin təyyarəsinin havaya qalxarkən müvazinətini itirdiyini və ikimərtəbəli binanın beton divarına çırpılaraq süqut etdiyini bildirib.

Qazaxıstan prezidenti  Kassym-Jomart Tokayev də hadisədə həlak olanların ailələrinə başsağlığı verib. O, həmçinin bu sərnişin təyyarəsinin süqut etməsinə bais olmuş amillərin cəzalandırılmalarını istəyib.

 

Teqlər

Şərhlər