Yan 15, 2020 08:53 Asia/Baku
  • ABŞ Ş.Koreyadan olan daha iki şirkəti sanksiya edib
    ABŞ Ş.Koreyadan olan daha iki şirkəti sanksiya edib

Amerikanın maliyyə nazirliyi Şimali Koreyanın tabeliyində olan iki şirkəti bu ölkədən xaricə işçi qüvvəsi göndərməsinə görə sanksiya edib.

Amerikanın maliyyə nazirliyinin sanksiya etdiyi həmin iki şirkətdən biri, Çində yerləşir.

Amerika maliyyə nazirliyinin iddiasına görə, Şimali Koreyanın tabeliyində olan bu iki şirkət bu ölkədən fəhlələrin göndərilməsi işini asanlaşdırırdı ki, bu da BMT sanksiyalarının pozulması deməkdir.

Bu sanksiya elə bir halda tətbiq olunur ki, Ağ Ev-in milli təhlükəsizlik müşaviri Robert Çarlz Obrayen bazar günü yayılan müsahibəsində deyibdir ki, Vaşinqton Pxenyan ilə müzakirə masasına qayıtmağa çalışır.

Şimali Koreyanın rəhbəri Kim Çen In və Amerika prezidenti Donald Tramp 2018-ci ilin iyunundan bəri üç dəfə görüşüblər.

Teqlər

Şərhlər