Yan 15, 2020 21:23 Asia/Baku
  • Çin üç Avropa ölkəsini nüvə sazişilə bağlı
    Çin üç Avropa ölkəsini nüvə sazişilə bağlı "mübahisə mexanizmi"ni işə saldığına xatir tənqid edib

Çinin diplomatiya aparatının sözçüsü Qenq Şuanq Əhatəli Müştərək Təşəbbüs Proqramı(ƏMTP) ilə bağlı mübahisələrin həlli mexanizminin işə salınmasından təəssüfləndiyini bildirib. O deyib: "Pekin bu qənaətdədir ki, bu məsələ problemlərin həllinə və gərginliyin azalmasına heç bir kömək etməyəcək".

İRNA-nın məlumatına görə, Qenq Şuanq Pekində keçirilən mətbuat konfransında deyib: " Çin həmişə İranın nüvə anlaşması ilə bağlı öhdəliklərini azaltmasının səbəbini ABŞ-ın birtərəfli şəkildə bu anlaşmadan çıxması, beynəlxalq öhdəliklərə məhəl qoymaması və digər tərəflərin öhdəliklərini yerinə yetirmələrinə manə olmasında görür ".  

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü ƏMTP-nin BMT TŞ-nin qətnamələri vasitəsilə dəstəkləndiyinə və çoxtərəfli diplomatiyanın nəticəsi olduğuna toxunub. " Pekin hazırkı durumda tərəfləri konkret tədbirlər görmək və öhdəliklər və hüquqlar arasında balans yaratmaq yolu ilə bu anlaşmanın tam qorunması və icrasına çağırır",- deyə o, əlavə edib.

 Avropanın üç ölkəsi yəni Britaniya, Almaniya və Fransa yanvarən 14-də bir bəyanat yayaraq, İranın ƏMTP ilə bağlı öhdəliklərinin azaldılmasına işarə edib və bunun nəticəsində mübahisələrin həlli mexanizminin işə salınması məcburiyyətində qaldıqlarını bildiriblər.

Teqlər

Şərhlər