Yan 18, 2020 07:58 Asia/Baku
  • Ukrayna təyyarəsi qəzaya uğrayarkən İran sərhədləri yaxınlığında 6 qırıcı uçurdu
    Ukrayna təyyarəsi qəzaya uğrayarkən İran sərhədləri yaxınlığında 6 qırıcı uçurdu

Rusiyanın xarici işlər naziri deyib ki, Tehranda Ukrayana təyyarəsi qəzaya uğrayarkən İran sərhədləri yaxınlığında azı altı Amerika təyyarəsi uçurdu.

Sergey Lavrov cümə günü öz illik mətbuat konfransında deyib: Əlimizdə olan məlumatlar göstərir ki, F-35 tipindən olan azı altı Amerika təyyarəsi düz İranın sərhədləri yaxınlığında uçurdu.

Ukrayna Hava Yollarına məxsus bir sərnişin təyyarəsi yanvarın səkkizindəTehranın İmam Xomeyni(r.ə.) adına hava limanının yaxınlığında qəzaya uğradı və onun bütün sərnişinləri və ekipaj üzvləri həlak oldular.

İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bir məlumatda ABŞ-ın terrorçu ordusu təyyarələrinin İran ətrafında uçmalarına işarə edərək, bildirib ki, Ukrayna təyyarəsinin dönməsinə və həssas bir hərbi mərkəzə yaxınlaşmasına görə baş verən insan səhvi təyyarənin hədəfə alınmasına və qəzaya uğramasına bais oldu.

Rusiyanın xarici işlər naziri öz mətbuat konfransında həmçinin Avropanın nüvə anlaşmasının hazırkı taleyində İranı müqəssir göstərməyə çalışması barədə xəbərdarlıq edərək, deyib ki, anlaşmanı imzalamış üç Avropa ölkəsi Amerikanın təzyiqləri qarşısında təslim olaraq, nüvə anlaşmasının mübahisələrin tənzimlənməsi mexanizmini fəal etdilər və bu, göstərir ki, Avropa günahları İranın boynuna atmaq niyyətindədir.

Lavrov əlavə edib: İran könüllü öhdəliklərini dayandırdığını bildirərkən biz onu dərk edirik.

Almaniya, İngiltərə və Fransaya şamil olan üç Avropa ölkəsi yanvarın 14-də İranın öz nüvə anlaşmasındakı öhdəliklərini etaplarla azaltmaq üzrə qanuni və qarşılıqlı addımı bəhanəsilə mübahisələrin tənzimlənməsi mexanizmini fəal etdi.

 

 

Şərhlər