Yan 22, 2020 12:16 Asia/Baku
  • Tramp Amerikaya səfərinə qadağa qoyulan ölkələrin sayını artırmaq fikrinə düşüb
    Tramp Amerikaya səfərinə qadağa qoyulan ölkələrin sayını artırmaq fikrinə düşüb

ABŞ prezidenti Amerikaya səfərinə qadağa qoyulan ölkələr siyahısına daha çox ölkəni əlavə etmək niyyətini təsdiq edib.

Donald Tramp dünən Davosda keçirilən Dünya İqtisadi Forumunun kənarında “Uol Strit Cournal” qəzeti ilə müsahibədə Ağ Ev-in yeni qərarında bir neçə xarici ölkənin vətəndaşları üçün Amerikaya səfər qadağasını təsidqləyərək, müxbirlərin israrlarına rəğmən, bu ölkələrin adlarını təqdim etməkdən imtina edib.

Assoşieyted-Press yanvar ayının əvvəllərində Amerikaya səfərinə qadağa qoyulan ölkələr siyahısına daha çox ölkənin əlavə ediləcəyi xəbərini vermişdi.

Tramp 2017-ci ilin əvvəllərində İran daxil olmaqla əsasən islami ölkə olmaqla bir neçə ölkənin vətəndaşlarının Amerikaya səfərinə qadağa barədə mühacirət fərmanını verdi.

Tramp 2020-ci il noyabr ABŞ prezident seçkiləri rəqabətlərinin yaxınlaşması ilə anti-miqrasiya tədbirlərini şiddətləndirməklə öz seçicilərini qorumağa çalışır.

 

 

Teqlər

Şərhlər