Mart 28, 2020 13:01 Asia/Baku
  • Fransada ümumölkə karantini uzadılıb
    Fransada ümumölkə karantini uzadılıb

Fransada koronavirusun geniş şəkildə yayılmasının ardınca bu ölkənin prezidenti Emmanuel Makron bildirib ki, bütün ölkə boyu karantin vəziyyəti daha iki həftə müddətinə uzadılır.

Makron deyib: Koronavirusun daha artıq yayılması ilə mübarizə aparmaq üçün fövqəladə şərait və ölkədə məhdudiyyətin yaradılması aprelin 15-dək davam edəcək.

Fransa vətəndaşları bu dövrdə təkcə öz əsas ehtiyaclarını almaq üçün evdən çıxa bilərlər və qanunları pozduqları halda, cərimələnəcək və cəzalandırılacaqlar.

Fransanın səhiyyə nazirliyi bundan öncə bildirmişdi ki, bu ölkədə 30 mindən çox insan koronavirusa yoluxub. Bu arada 1700 nəfər həyatını itiribdir.

FRANSADA ÜMUMÖLKƏ KARANTİNİ UZADILIB

Teqlər

Şərhlər